İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -  Ölənlər var (YENİLƏNİB)

İndoneziyanın Flores adası sahillərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Referans Media xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto məlumat yayıb.

O, bildirib ki, daha 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Xilasedicilər sağ qalanları axtarmaq üçün dağıntıları araşdırmağa davam edirlər.

***10:42

İndoneziyanın Flores adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Referans Media AFP-yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında sağ qalanları axtarmağa davam edirlər.

İndoneziyanın şərqindəki Flores adasının şimal sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, dörd kənddə itkilər aşkarlanıb. Daha altı nəfər yaralanıb, iki nəfər isə hələ də dağıntılar altında qalıb.

Ən pis vəziyyət episentrə ən yaxın yerləşən Nagekeo qraflığındadır. Bir neçə yolu bağlayan sürüşmələr xilasetmə işlərini çətinləşdirir.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, əsas zəlzələdən sonra onlarla afterşok qeydə alınıb və bunlardan ən güclüsü 6,1 bal gücündə olub. Təsirə məruz qalan ərazilərdə dəniz səviyyəsinin monitorinqi davam edir.

***08:36

İndoneziya sahillərində 7,7 bal gücündə güclü zəlzələ qeydə alınıb. 

Referans Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

    Mlumata görə, İndoneziyanın Şərqi Nusa Tenqara qubernatoru bildirib ki, şənbə günü səhər tezdən İndoneziyanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ən azı beş nəfər həlak olub.

    Onun sözlərinə görə, qurbanlar zəlzələ zamanı evdə olublar. 

    Əsas zəlzələdən sonra bölgədə onlarla afterşok qeydə alınıb. İndoneziyanın bir neçə ərazisində hündürlüyü bir metrdən az olan sunamilər qeydə alınıb.

    Zəlzələdən təxminən üç saat sonra sunami xəbərdarlığı ləğv edilib. 


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki