Tanınmış həkim faciəvi şəkildə öldü - FOTO

Türkiyənin Düzce şəhərində tanınmış həkim Erkut Karaca körpüdən yıxılaraq həyatını itirib.

Referans Media  xəbər verir ki, bir şəxsin avtomobilini yol kənarında saxladıqdan sonra körpüdən aşağı tullandığı iddia edilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və digər aidiyyəti qruplar göndərilib.

Ortopedi Uzman Dr. Erkut Karaca viyadük altında ölü bulundu

Hadisə yerində aparılan araşdırma zamanı bir neçə metr hündürlükdən yıxılan şəxsin həkim Erkut Karaca olduğu müəyyənləşdirilib. Aparılan ilkin müayinə nəticəsində onun hadisə yerində öldüyü təsdiqlənib.

Ortopedi Uzman Dr. Erkut Karaca viyadük altında ölü bulundu

Düzcədə tanınan və sevilən həkimin ölümü yaxınları, həmkarları və şəhər sakinləri arasında böyük kədərə səbəb olub.

Hadisənin dəqiq səbəblərinin və ölümün hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb./NOCOMMENT.az/


Ortopedi Uzman Dr. Erkut Karaca viyadük altında ölü bulundu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki