Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində, Bakı-Qazax yolunda “Mercedes” markalı minik avtomobilində yanğın baş verib.
Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, “Mercedes” markalı minik avtomobilinin iştirakı ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.
Qaradağ, Ələt, avtomobil yanğını, yol-nəqliyyat hadisəsi
