İsraildə təcili eniş edən təyyarədən YENİ XƏBƏR- Pilotlar DALAŞIB

Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsinin pilotları uçuş zamanı mübahisə edib.

Referans Media xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Məlumata görə, pilotlar arasında yaranan mübahisədən sonra heyət təcili siqnalı aktivləşdirib. Təyyarə daha sonra marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə eniş edib.

Bildirilib ki, təyyarə daha sonra hava hərəkətinin idarə edilməsi sistemində yenidən görünüb və ekipaj Səudiyyə Ərəbistanının hava hərəkətinin idarə edilməsi xidməti ilə əlaqə saxlayıb.

Bundan əvvəl İsrail dövlət televiziyası Flydubai təyyarəsinin mümkün qaçırılma ilə bağlı siqnal kodu ötürdüyünü və daha sonra radarlardan itdiyini bildirmişdi.

Uçuş zamanı pilotlar arasında fiziki qarşıdurma aviasiyada ciddi təhlükəsizlik riski hesab olunur. Kokpitdə hər hansı münaqişənin dərhal dayandırılması tələb edilir, çünki təyyarənin idarə olunması yüksək səviyyədə diqqət və koordinasiya tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki