Göyərtəsində 150 sərnişinin olduğu təyyarə qaçırıldı: qırıcılar qaldırıldı – TƏCİLİ

Hadisədən sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.

Xəbər yenilənəcək…

***10:41

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir.

Referans Media  xəbər verir ki, İsrailin “Ynet” nəşrinin yaydığı məlumata görə, uçuş zamanı təyyarədən fövqəladə vəziyyət siqnalı verilib.

Məlumata əsasən, təyyarənin istiqaməti Səudiyyə Ərəbistanına dəyişdirilib.

Bildirilir ki, təyyarənin göyərtəsində 150-dən çox sərnişin olub.

Hadisə ilə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz təcili iclas çağırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki