Bu ölkədə metronu SU BASDI-VİDEO

Güclü yağış Barselonada nəqliyyatın hərəkətində ciddi problemlərə səbəb olub.

Referans Media  xəbər verir ki, leysan yağışlar nəticəsində şəhərin bir neçə metro stansiyasını su basıb.


TASS-ın məlumatına görə, su basması səbəbindən bəzi metro stansiyaları bağlanıb. El Periódico-nun yaydığı görüntülərdə metro keçidlərinin tavanlarından suyun axdığı əks olunub.

Bəzi ictimai nəqliyyat marşrutlarının hərəkəti gün ərzində bərpa edilsə də, şəhərin ayrı-ayrı ərazilərində yollar bağlı qalıb.

Nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər və yolların bağlanması Barselonada ciddi tıxacların yaranmasına səbəb olub./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki