Referans “Xəzər” TV-yə istinadən xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb.
Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır.
Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur.
Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
