Bakıda avtomobillərdən oğurluq edildi

Qaradağ rayonunda “Toyota” və “Opel” markalı avtomobillərdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Referans Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, nəqliyyat vasitələrinin qapısının açıq olmasından istifadə edərək pul vəsaitləri və 2 ədəd mobil telefonu talayıb.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki