Trampın paylaşdığı sirli qadın kimdir?

ABŞ Prezidenti Donald Trump sosial şəbəkədə paylaşdığı arxiv fotosu ilə yenidən diqqət mərkəzinə düşüb. Trampın paylaşımında yer alan sarışın qadının şəkli qısa bir qeydlə müşayiət olunub: "Möhtəşəm qız".
Referans Media xəbər verir ki, paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin və ekspertlərin fikrincə, fotodakı şəxs Margot Catsimatidis-dir və görüntü 1990-cı illərdə və ya 2000-ci illərin əvvəllərində çəkilib.

Şəkildə Marqot Ketsimatidisin ABŞ prezidentlərinin istirahət məkanı olan Camp David-də qırmızı divanda oturaraq telefonla danışdığı görünür. Məlumata görə, o, vaxtilə Bill Klinton ailəsi ilə yaxın münasibətlər saxlayıb və Camp David ərazisində yerləşən Evergreen Chapel layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb.

Maraq doğuran məqam isə Trampın bu köhnə fotonu niyə məhz indi paylaşmasıdır. Bununla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Marqotun həyat yoldaşı John Catsimatidis Nyu-Yorklu milyarder, iş adamı və media sahibidir. O, Gristedes supermarketlər şəbəkəsinə və Red Apple Group holdinqinə rəhbərlik edir. Ketsimatidis ailəsi uzun illərdir Trampın yaxın çevrəsi və siyasi kampaniyalarının əsas donorları sırasında göstərilir.

Bəzi müşahidəçilər Trampın paylaşımındakı "Möhtəşəm qız" ifadəsinin əslində ailənin qızı Andrea Catsimatidis-a işarə ola biləcəyini irəli sürürlər. Andrea Ketsimatidis uzun illərdir Manhetten Respublikaçılar Partiyasının rəhbərlərindən biri kimi fəaliyyət göstərir və Trampın fəal tərəfdarlarından hesab olunur.

 

 



 
 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki