image-fc257ecd0ed1a087160318523ce1342ebackend

Bakıda güclü külək ağacı yüksək gərginlikli elektrik xəttinin üzərinə aşırıb

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

Referans Media xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki