Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Referans Media teleqraf-a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

 
Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki