Bakıda müştəri taksidə qarət edildi - 120 min dollarlıq oğurluq

Binəqədi rayonunda maşından 120 min dollar oğurlayan şəxslər saxlanılıblar.

Referans Media  xəbər verir ki, iyunun 4-də Binəqədi rayonu ərazisində BYD markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən, əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağını bilib və bu barədə S.Bəylərliyə məlumat verib.

Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir. (Oxu.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki