“Turan Bank” ASC-nin Hesablaşmalar üzrə baş direktoru Kəmalə Mustafayeva vəzifəsindən azad olunub.
Referans Media-ın əldə etdiyi xəbərə görə, bu barədə müvafiq əmr imzalanıb.
Hazırda “Turan Bank”ın iki baş direktoru var.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur./Ölkə.az/
