Bakıdan Gürcüstana gələn usta azərbaycanlıya cinsi zorakılıq etmək istədi, öldürüldü - VİDEO

Bakıdan Gürcüstana işləməyə gələn 51 yaşlı şəxs 16 yaşlı azərbaycanlı tərəfindən öldürülüb.

Referans Media  xəbər verir ki, hadisə iyunun 5-də Rustavi şəhərində, yaşayış binasında baş verib.

Yeniyetmənin yaxınlarının sözlərinə görə, həmin şəxs məktəb şagirdini köməkçi işçi kimi çalışdırıb və işdən sonra onu yeməyə dəvət edib.

İddiya edilir ki, kişi daha sonra yeniyetməni mənzilə kilidləyərək ona qarşı cinsi zorakılıq etməyə cəhd göstərib.

Onların bildirdiyinə görə, yeniyetmə məhz bu zaman özünü müdafiə edərkən kişiyə xəsarət yetirib və nəticədə o, həyatını itirib.

Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adam öldürmə ilə ittiham olunan 16 yaşlı gənclə bağlı məhkəmə qərar verib.

Məhkəmədə işə mahiyyəti üzrə baxılması mərhələsində əldə olunan ekspertiza rəyləri və digər sübutlar əsasında ittiham Cinayət Məcəlləsinin 113-cü maddəsinə – zəruri müdafiə həddini aşmaqla adam öldürməyə dəyişdirilib.

Rustavi Şəhər Məhkəməsi 16 yaşlı yeniyetmənin azadlığa buraxılması barədə qərar qəbul edib.

Qərar prokurorluğun vəsatəti əsasında verilib və yeniyetmə məhkəmə zalından azadlığa buraxılıb.

Bu maddə üzrə daha yüngül cəza nəzərdə tutulur. /24news.ge/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki