Rusiya ordusunun general-mayoru və 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada həlak olub.
Referans Media xəbər verir ki, bu barədə hərbi jurnalist Yuri Kotenoka məlumat yayıb.
Generalın ölümünə Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbənin səbəb olduğu ehtimal edilir.
Bildirilib ki, Anton Qrunis 2023-cü ilin mayından 4-cü briqadaya rəhbərlik edib. O, Baxmut istiqamətindəki döyüşlərdə iştirak edib və avqustun 28-də “Rusiya Qəhrəmanı” fəxri adına layiq görülüb.
Ukrayna mediası isə Qrunisin bu ilin iyulunda Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətində yerləşən Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürülməsi barədə məruzə etdiyini yazıb.
Generalın ölümünün dəqiq şəraiti ilə bağlı yayılan məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
