Tovuzda qətl törədilib

Tovuzda güllələnmə hadisəsi baş verib.

Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki