Banklar faizləri artıracaq: Daha ağır şərtlər qoyulacaq

Son günlər Azərbaycanda bank sektorunda konsolidasiya prosesi yenidən diqqət mərkəzinə çevrilib.

“Bank Respublika”nın “Access Bank”ı alacağı barədə məlumatın yayılması, daha əvvəl isə “Bank BTB”nin aktiv və öhdəliklərini Azərbaycan Beynəlxalq Bankına ötürərək BOKT-yə çevrilməsi bankların gələcək fəaliyyəti ilə bağlı sualları artırıb. Azərbaycan Mərkəzi Bankı (AMB) isə bankların konsolidasiyaya getməyə məcbur edilmədiyini açıqlayıb. Qurumdan bildirilib ki, konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır:

"AMB-nin rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün bu əməliyyat qanunvericiliyə uyğun olaraq yalnız AMB-nin razılığı tələb edilən mərhələyə çatdıqda, məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir və ictimaiyyətə açıqlanması tələb olunan məlumatlar müvafiq qaydada təqdim edilir.

Maliyyə sektoru ilə bağlı təşəbbüslər, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ilə müəyyən edilib və Strategiyada bankların məcburi konsolidasiyasına dair hər hansı təşəbbüs nəzərdə tutulmayıb. Bankların öz təşəbbüsü ilə irəli sürülən və bank sektorunun dayanıqlığının gücləndirilməsinə xidmət edən konsolidasiya təşəbbüsləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilir", - deyə açıqlamada qeyd olunub. 

Yeni bank siyasəti kredit faizlərinin artmasına, kredit şərtlərinin sərtləşməsinə və vətəndaşların kreditə çıxışının çətinləşməsinə səbəb ola bilərmi? 

Referans Media bildirir ki, mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı -ekspert Əkrəm Həsənov qeyd edib ki, bank sistemində təmərküzləşmə meyilləri güclənir: "Əslində biz həmişə demişik ki, bankların sayı getdikcə azalacaq. Bunun mütləq bankın ləğv olunması ilə baş verməsi vacib deyil. Bəzi banklar başqa kredit təşkilatına keçirilir, digəri isə hansısa banka qoşulur. Məsələn, “AccessBank” vaxtilə ölkənin ən yaxşı banklarından biri olmuşdu, amma indi başqa banka qoşulmaq məcburiyyətində qalıb.


Bu da onun nəticəsidir ki, Azərbaycanda bir neçə böyük,  əhəmiyyətli bank bank sisteminin xeyli hissəsini öz əlinə alıb. O cümlədən, dövlət layihələri də əsasən onların vasitəsilə həyata keçirilir. Məsələn, pensiyalar həmin banklar vasitəsilə verilir. Yəni faktiki olaraq həmin banklara dövlət dəstəyi var. Belə şəraitdə digər bankların rəqabət aparması çətinləşir. Nəzərə alsaq ki, hazırda ölkədə iqtisadi inkişaf da yoxdur, bu, bankların vəziyyətini daha da ağırlaşdırır. Buna görə hesab edirəm ki, bankların sıradan çıxması prosesi davam edəcək". 

Ekspert qeyd edib ki, təmərküzləşmə müəyyən mənada sağlam rəqabətin qarşısını alır, ona imkan vermir: "Hər bir sektorda  sağlam rəqabət mühitinin olmasını istəyirik. Ona görə ki, istehlakçının da hüquqları pozulmasın. Nə qədər ki, banklar bir əldə cəmləşəcək, bu vəziyyət onlara öz şərtlərini formalaşdırmaq imkanı verəcək. Banklar çox olanda, onlar müştərilərə fərqli şərtlər təklif edə bilir. İndi də hələlik belə imkan var, amma getdikcə azalır. Təbii ki, böyük banklar faizləri artıra, daha ağır şərtlər qoya və müştərilərə keyfiyyətli xidmət göstərməyə bilər. Təəssüf ki, getdikcə biz bu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki