Azərbaycanın xarici ticarətinin müsbət saldosu 5 dəfədən çox artıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlər 43 milyard 188 milyon 736.09 min dollarlıq alver edib.

Referans Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu məbləğin 27 milyard 920 milyon 734.34 min dolları ixracın, 15 milyard 268 milyon 1.75 min dolları idxalın payıdır.

Təkcə oktyabr ayında ticarət dövriyyəsinin həcmi 5 milyard 978 milyon 455.20 min dollara, bu zaman ixrac sentyabrla müqayisədə 2 milyard dollardan yuxarı artaraq 4 milyard 56 milyon 973.3 min dollara çatıb, idxal isə 648.1 milyon dollar azalmaqla 1 milyard 921 milyon 481.82 min dollar olub.

Ötən nilin 10 ayı ilə müqayisədə cari ilin yanvar-sentyabrında ticarət dövriyyəsində 5,7 faiz, yaxud 2 milyard 326 milyon 693,86 min dollar artım qeydə alınıb. Ötən illə müqayisədə xarici ticarətin müsbət saldosu 524 faizdən çoxx artaraq 2 milyard 411 milyon 590.89 min dollardan 12 milyard 652 milyon 732.58 min dollara yüksəlib./musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki