Xəbər verdiyimiz kimi, "Bantik” mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini və bununla bağlı sosial şəbəkədə paylaşdığı videoya görə hədələndiyini iddia edib.
Referans Media bildirir ki, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, A.Abdullayevanın müraciəti araşdırılıb:
"Araşdırma zamanı “Bright Beauty” MMC-dən aidiyyəti sənədlərin təqdim edilməsi tələb edilib, sənədlərin tam təqdim olunmaması ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb".
Xidmətin açıqlamasında qeyd olunub ki, “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimə olunub.
Həmçinin qeyd olunub ki, müraciətlə bağlı vətəndaşa müvafiq qaydada cavab verilib.
