İstanbulun Maltepe rayonunun Gülsuyu məhəlləsində ev sahibi ilə kirayəçi arasında baş verən mübahisə silahlı insidentə çevrilib.
Referans Media haberler.com saytına istinadən xəbər verir ki, nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Geniş təhlükəsizlik tədbirləri görülən bölgədə xüsusi təyinatlıların əməliyyatı davam edir, həmçinin ətrafdakı hərəkətlilik dron vasitəsilə havadan izlənilir.




