Evinizdə, həyətdə bunu etsəz CƏRİMƏ OLUNACAQSINIZ

Gecə saatlarında mənzildə, həyətdə və digər ictimai yerlərdə səs-küy salan şəxslər 200 manatadək, vəzifəli şəxslər isə 2 500 manatadək cərimə edilə bilər.

Referans Media xəbər verir ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarına əsasən, gecə saat 00:00-dan 07:00-dək mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai məkanlarda insanların dincliyini pozan səs-küyə yol verilmir.

Bu saatlarda ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə çalmaq, televizor, radioqəbuledici, maqnitofon və digər aparatları gur səslə işlətmək qadağandır.

Məişət səs-küyünə qarşı mübarizə tələblərinin digər üsullarla pozulması da inzibati məsuliyyət yaradır.

Belə hallara görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilirlər.

Qaydanı vəzifəli şəxslərin pozması halında isə cərimənin məbləği 2 000 manatdan 2 500 manatadək təşkil edir./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki