Kremldən Qara dənizdəki hücumlarla bağlı TƏHDİD BƏYANATI

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Qara dəniz akvatoriyasında hərəkət edən kommersiya gəmilərinə qarşı zərbələr endirməyə davam edəcəyini bəyan edib.

Referans Media  xəbər verir ki, Kreml rəsmisi bu addımı sözügedən gəmilərin Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət etməsi ilə əsaslandırıb.  Peskov bəyanatında qeyd edib ki, çoxsaylı kommersiya gəmilərindən Ukrayna ordusu üçün silah, sursat, hərbi təchizat və yanacaq daşınmasında istifadə olunur.

Mətbuat katibinin sözlərinə görə, məhz bu səbəbdən həmin gəmilər Rusiya tərəfindən hədəf alınaraq məhv edilir və bundan sonra da məhv edilməyə devam edəcək. 

Xatırladaq ki, bu bəyanat Qara dənizdə baş verən qanlı insidentin dərhal ardından səsləndirilib. Dünən səhər saatlarında dənizdə "TEDY" yük gəmisinə təşkil edilən PUA hücumu nəticəsində gəminin heyət üzvü olan iki azerbaycanlı dənizçi — Aslan Əliyev və Asim Qasımov həlak olub, daha iki soydaşımız isə xəsarət alıb./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki