"Beşiktaş"da transfer bombaları ard-arda partlayacaq – 200 milyon avro hazırdır

"Beşiktaş" prezidenti Serdal Adalı növbəti mövsüm öncəsi iddialı transfer planını işə salıb. Klub rəhbərinin heyətin gücləndirilməsi üçün 200 milyon avroluq büdcə ayırdığı və bir sıra tanınmış futbolçularla danışıqlara başladığı bildirilir.

Referans Media xəbər verir ki, "Beşiktaş" rəhbərliyi yeni mövsümün heyətini formalaşdırmaq üçün intensiv fəaliyyət göstərir. Klub prezidenti Serdal Adalı bir neçə gün əvvəl transferlər üçün böyük maliyyə mənbəyinin hazır olduğunu açıqlamışdı.

Məlumata görə, Adalı 200 milyon avroluq büdcə çərçivəsində dünya futbolunda tanınan bir sıra ulduz oyunçular və onların menecerləri ilə birbaşa təmaslara keçib. Transfer danışıqlarının isə tam məxfi şəkildə aparıldığı qeyd olunur.

Komandanın gücləndirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirən "Beşiktaş" rəhbərliyi yeni mövsümdə həm Türkiyə çempionatında, həm də beynəlxalq arenada iddialı çıxış etməyi hədəfləyir.

Digər tərəfdən, klubun yeni baş məşqçisinin müəyyənləşdirilməsi səlahiyyəti futbol direktoru Öndər Özenə həvalə olunub. Özenin namizədlərlə danışıqları şəxsən apardığı və bu məsələ ilə bağlı Serdal Adalı ilə mütəmadi məsləhətləşdiyi bildirilir.

"Beşiktaş"ın yaxın günlərdə həm baş məşqçi, həm də transferlərlə bağlı mühüm qərarlar açıqlaması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki