Bəzi rayonlara dolu yağacaq – Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Referans Media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 
Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki