Qardaş ölkə Türkiyənin Qaziantep şəhərində bir cütlüyün toy dəvətnaməsində etdiyi fərqli addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, evlilik hazırlığı görən cütlük toyda fiziki olaraq iştirak edə bilməyəcək qonaqlar üçün dəvətnaməyə bank hesabı məlumatlarını əlavə edib.
Bu addım sayəsində toy mərasiminə qatıla bilməyən dəvətlilər hədiyyələrini onlayn şəkildə göndərə bilirlər.
Qeyd olunur ki, qeyri-adi görünən bu yanaşma sosial mediada həm maraq, həm də təəccüb doğurub. İstifadəçilər məsələ ilə bağlı müxtəlif rəylər bildirərək mövzunu gündəmə çeviriblər.
























