Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı tərəfindən hazırlanan birgə hesabatda bildirilib ki, 24 aylıq münaqişədən sonra Qəzzənin bərpası üçün 10 il ərzində 71,4 milyard dollara ehtiyac var.
Hesabata görə, bunun 26,3 milyard dolları ilk 18 ayda xərclənməlidir. Fiziki infrastruktur ziyanı 35,2 milyard dollar, iqtisadi və sosial itkilər isə 22,7 milyard dollar olaraq qiymətləndirilir.
Məlumata əsasən, ən çox zərər görən sahələr mənzil, səhiyyə, təhsil, ticarət və kənd təsərrüfatıdır. 371 mindən çox ev dağılıb, xəstəxanaların yarıdan çoxu fəaliyyətini dayandırıb, məktəblərin isə demək olar ki, hamısı zədələnib.
Hesabatda həmçinin qeyd olunur ki, Qəzza iqtisadiyyatı 84% kiçilib, əhalinin böyük hissəsi isə evsiz qalıb.
Beynəlxalq qurumlar yenidənqurma prosesinin uğurlu olması üçün atəşkəs, humanitar yardıma çıxış və əsas xidmətlərin bərpasının vacibliyini vurğulayır.























