image-duzensiz-gocmenaa-2414330backend

BMT: 2025-ci ildə 8 minə yaxın miqrant ölüb və ya itkin düşüb

Birləşmiş Millətlər Təşkilatı-nın Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Maria Moita bildirib ki, 2025-ci ildə dünya üzrə təxminən 8 min miqrant daha təhlükəsiz həyat axtararkən ölüb və ya itkin düşüb.

Onun sözlərinə görə, bu göstəricilər ciddi narahatlıq doğurur və qarşısı alına biləcək faciələrin davam etdiyini göstərir.

Məlumata əsasən, ən çox ölüm halları Asiyada qeydə alınıb. Ölənlər arasında arakanlı müsəlmanlar və əfqan miqrantlar da var.

Bildirilib ki, münaqişələr, iqlim dəyişikliyi və iqtisadi səbəblər insanların miqrasiya marşrutlarını dəyişməyə davam edir və riskləri artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki