17 iyun 2026-cı il saat 12:00-da böyük Şəhriyarın 120 illiyi qeyd olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Şöbə müdiri, filologiya elmlər doktoru Rəhim Əliyev giriş sözü ilə çıxış eləmişdir. Filologiya elmlər doktoru, professor Vüqar Əhməd, ABŞ-dan gələn qonaq Rübab Haqşünas, tədqiqatçı- alim, filologiya elmlər doktoru Əli Şamil, milli fəal Yədulla Kənani, filologiya elmlər doktoru Esmira Fuad, filologiya elmlər doktoru Pərvanə Məmmədova, milli fəal Cavad Həssas, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Şəhriyar yaradıcılığının, ədəbi irsinin fars və türk dillərindəki ədəbi-bədii, elmi xüsusiyyətləri barədə danışmışlar.
