Britaniya qırıcı təyyarəsi Yaponiyaya təcili eniş etdibackend

Britaniya qırıcı təyyarəsi Yaponiyaya təcili eniş etdi

  Bu gün Britaniyaya məxsus “F-35” səssiz qırıcısı texniki nasazlıq səbəbindən Yaponiyanın cənub-qərbindəki Kaqoşima hava limanında fövqəladə eniş edib.

Referans xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hava limanı rəsmilərinin verdiyi məlumata görə, hadisə yerli vaxta səhər 11:30 radələrində baş verib. Nəticədə hava limanında uçuş-eniş zolağı təxminən 20 dəqiqə bağlandığından bəzi kommersiya uçuşlarının gediş və gəlişlərində fasilə yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.  /teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki