Messi 39 yaşını belə qarşıladı – FOTO

Argentinalı hücumçu Lionel Messi bu gün 39 yaşını qeyd edir. 

Referans Media xəbər verir ki, Messi sosial şəbəkə hesabında hekayə paylaşaraq ad günündən görüntülər yayımlayıb. Fotoda o, Argentina millisindəki komanda yoldaşları – Rodriqo De Paul, Lisandro Martinez, Leandro Paredes, Nicolas Otamendi, Covani Lo Çelso və Nauel Molina ilə birlikdə əks olunub.

Futbolçular Messiyə Argentina bayrağının rənglərində hazırlanan və üzərində “39” rəqəmi olan şamlar yerləşdirilmiş tort təqdim ediblər.

Futbolçu ona ünvanlanan təbriklərə görə təşəkkür edib:

“Dünən gecə xoş bir sürprizlə başladıq. Təşəkkür edirəm”, – deyə Messi paylaşımında yazıb.

99d9b3c1 e716 4920 90bf 3f47e2437d55 4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki