FIA Dünya Avtomobil İdmanı Şurası Formula 1-in idman, texniki və maliyyə qaydalarına bir sıra dəyişikliklər edib.
Referans Media xəbər verir ki, təşkilat 2027 və 2028 mövsümləri üçün mühərrik qaydalarına düzəlişləri də təsdiqləyib.
Əsas təsdiq edilmiş dəyişiklik daxili yanma mühərriki ilə enerji bərpa sistemi arasındakı nisbətin yenidən bölüşdürülməsidir.
Təsdiqlənmiş paketə daxili yanma mühərrikinin gücünə, yanacaq sərfiyyatına və enerji bərpa sistemindən istifadəyə yönəlmiş düzəlişlər daxildir.
Bundan əlavə, komandalar enerji rejimlərini idarə etməkdə daha çox rahatlıq əldə edəcəklər. Xatırladaq ki, daxili yanma mühərrikinin gücünün elektrik enerjisinə nisbəti tənzimlənəcək.
