İpoteka götürmək istəyənlərin NƏZƏRİNƏ

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib.

Referans Media  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33.3 % azalaraq 100.4 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39.4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42.6 milyon manat olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki