UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşdülər

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunub.

Referans Media xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda baş tutub.

Açıq məşqdə “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçıları – azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov (“Shara Bullet”), eləcə də yerli döyüşçülər – Nazim Sadıxov və Fərman Həsənov iştirak ediblər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirib, daha sonra azarkeşlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, “UFC Fight Night” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki