Sloveniya hökuməti Qəzza zolağında vəziyyəti qızışdırmaqda ittiham etdiyi iki İsrail nazirinin ölkəyə girişini qadağan edib.Bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Sloveniyanın sanksiyaları İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə aiddir.
“Onlar İordan çayının qərb sahilində qeyri-qanuni İsrail yaşayış məskənlərinin genişləndirilməsini, fələstinlilərin məcburi köçürülməsini müdafiə edirlər. Eyni zamanda mülki Fələstin əhalisinə qarşı zorakılığa çağırırlar”, – Sloveniya hökumətindən bildirilib.
Əlavə olunub ki, bu bəyanatlar Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyulunda qəbul edilən və İsrailin işğal olunan ərazilərdəki siyasət və praktikasına dair qərarına ziddir./Globalinfo.az
