Bu ölkədə 152 MİLYARD DOLLARLIQ nəhəng xəzinə tapıldı

ABŞ-nin Nevada ştatında ölkənin ən böyük volfram yatağı kəşf edilib.

Referans Media  xəbər verir ki, bu barədə "Financial Times" qəzeti "3 Proton Lithium" (3PL) dağ-mədən korporasiyasının hesabatına istinadən məlumat yayıb.

"Railroad Valley Minerals" layihəsindəki resursların ümumi dəyəri təxminən 152 milyard dollar qiymətləndirilir.

Qəzetin yazdığına görə, yataq ərazisinin üçdə birindən çoxunu NASA-nın peyk sistemlərinin kalibrlənməsi üçün istifadə etdiyi zona təşkil edir.

"3PL" şirkəti isə öz növbəsində NASA-ya məxsus bu ərazidə faydalı qazıntıların kəşfiyyatı və hasilatına qoyulmuş qadağanın ləğv edilməsinə nail olmağı planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki