Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində avqustun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Referans Media-a verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba) 26-27 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) isə 27-28 dərəcə isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki