Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib.

Referans Media  xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki