Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, qəza şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “Chevrolet” və “Ford” markalı iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/
