Mauro İkardinin meneceri Elio Pino argentinalı hücumçunun gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media-ın xəbərinə görə, "Qalatasaray"la yollarını ayıran İkardi barədə danışan Pino futbolçunun karyerasını Argentinada deyil, Avropada davam etdirmək niyyətində olduğunu bildirib.
Elio Pino ESPN-ə açıqlamasında bunları deyib:
"İkardinin Argentina futboluna qayıtmaq kimi bir planı yoxdur. Onun əsas istəyi və məqsədi karyerasını Avropada davam etdirməkdir".
