image-deprem-endonezyabackend

Bu ölkədə 7,4 ballıq DƏHŞƏTLİ ZƏLZƏLƏ: Böyük dağıntılar var – VİDEO

Cənub-Şərqi Asiya ölkəsi olan İndoneziyanın Maluku dənizi sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Referans Media xəbər verir ki, yerin 35 kilometr dərinliyində qeydə alınan və ətraf adalarda böyük dağıntılara yol açan yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilsə də, sonradan bu xəbərdarlıq ləğv olunub.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Şimali Maluku adasının Ternate şəhərindən 126 kilometr şimal-qərbdə yerləşib. 7,4 ballıq güclü sarsıntı qonşu adalarda ciddi fəsadlar törədib, çox sayda tikili uçub.

Zəlzələdən dərhal sonra verilən sunami təhlükəsi daha sonra aradan qaldırılıb. Hazırda rəsmi olaraq can itkisi barədə dəqiq məlumat verilməsə də, dağıntıların miqyasına görə ölü və yaralıların olacağından ciddi narahatlıq duyulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki