Türkiyədə iki zəlzələ oldu

Türkiyədə Aralıq dənizində 4,7 və 5,3 bal gücündə iki zəlzələ baş verib.

Referans MEDİA xəbər verir ki, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) "X" hesabında paylaşılıb.

AFAD-ın məlumatına görə, zəlzələlər Aralıq dənizinin Muğla vilayəti sahilində 9,32 və 35,5 km dərinlikdə qeydə alınıb./Sfera.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki