Ukrayna Prezidenti Vladimir Zelenski dünyanın potensial Üçüncü Dünya Müharibəsinə hazır olmadığını bildirib.
Referans Media xəbər verir ki, o, bu qiymətləndirməni irlandiyalı jurnalist Kelin Robertsonun “YouTube” kanalına verdiyi müsahibədə edib.
“Dünya hazır deyil. Texniki cəhətdən Avropa kifayət qədər hazır deyil, yalnız bəzi ölkələr hazırdır. Bəli, onlar hazırlıq görürlər. Skandinaviya ölkələri… texnoloji cəhətdən çox inkişaf etmiş ölkələrdir. Şimali Avropanı nəzərdə tuturam, onlar hazırdırlar”, – deyə Zelenski bildirib və əlavə edib ki, Almaniyanın hazırkı hazırlığı “qeyri-kafidir”.
Siyasətçi həmçinin bildirib ki, hazırda Ukrayna quru döyüşlərində ən çox təcrübəyə malikdir. Zelenskinin sözlərinə görə, ölkə buna çoxsaylı insan itkiləri bahasına nail olub.























