Bu ölkələrin vətəndaşlarının ABŞ-a girişi qadağan olundu – Siyahı

ABŞ yeddi ölkənin vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq edəcək.

Referans Media xəbər verir ki, bu barədə Ağ Ev “RİA Novosti” agentliyinə açıqlamasında məlumat verib.

Qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına şamil olunacaq.

Ağ Evin bildirdiyinə görə, Laos və Syerra-Leone ilə bağlı daha əvvəl qismən məhdudiyyətlər mövcud idi, lakin yeni qərarla həmin ölkələrin vətəndaşları üçün ABŞ-a giriş tam şəkildə dayandırılacaq.

Qərarın səbəbləri və tətbiq müddəti ilə bağlı əlavə detallı məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki