Bütün türk-islam dünyası axtarırdı: Azərbaycanda tapıldı

Bütün türk-islam dünyasının axtardığı Pir Ömər Avaxıli türbəsi Azərbaycanda tapılıb.

Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu tarix elmlər doktoru, professor Qafar Cəbiyev deyib.

O bildirib ki, Pir Ömər Avaxıli türbəsi Şamaxı rayonunun Avaxıl kəndində aşkarlanıb və bərpa olunub: Toyuqlu pizza

“Azərbaycanda sufizm yayılanda onun ən mühim qollarından biri xəlvətilik olub. Xəlvətiliyin banilərindən birincisi Pir Ömər sayılır. Türk dünyasında onun harada yaşadığını və dəfn olunduğunu axtaranlar çoxdur. Bir tədqiqatçı dostum Ağsuda işləyəndə mənə zəng vurdu ki, Yusif Müskürün əsərində adı çəkilən Pir Ömər Avaxıli haqqında bir yer tapıb. Bu əsəri də o vaxt Mehmet Rıhtım deyilən islamşünas alim var idi, o üzə çıxartmışdı. Bildirdi ki, gedək oraya baxaq. Araşdırdıq ki, Qafqazda Avaxıl deyilən başqa bir yer yoxdur. Məlum oldu ki, həmin yerdə bir ziyarətgah var və adı Ömər Sultan ziyarətgahıdır. Gedib gördük ki, iri bir qoz ağacıdır və ətrafında daşlar, qəbirlər var”.

Tarixçi qeyd edib ki, bununla bağlı araşdırmalar aparmaq və abidənin bərpası üçün Heydər Əliyev Fondundan dəstək alıb:

“Şəxsən mən Arxeologiya İnstitutunun rəhbərliyi qarşısında məsələ qaldırdım ki, mənə 10 günlük ezamiyyət verin, gedim oranı araşdırım, amma alınmadı. Həmin ərəfədə TİKA-dan (Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi) təklif gəldi və onun maliyyəsi ilə həmin ərazidə işə başladıq. Türbənin qalıqlarını aşkarladıq və 2020-ci ilin mayın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin əraziyə səfər etdilər. Sonra məni Heydər Əliyev Fonduna dəvət edib bildirdilər ki, bütün dəstəyə hazırdırlar və işin uğurla başa çatdırılması üçün hər şey edəcəklər. Pandemiyadakı 10 günlük fasilədən sonra işə başladıq və 2-3 gün sonra Pir Ömərin kitabəsini tapdıq. Kitabədə abidənin ona aid olduğu, Pir Ömərin kimliyi, titullarına qədər hər şey var idi. Fond həmin abidənin restarvasiyasını öz üzərinə götürdü və inşallah ki, möhtəşəm şəkildə açılışı həyata keçiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki