Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ

Qusarda qumar oynayan kişi saxlanılıb.

Referans Media-ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib.

74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb.

Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslər barəsində müvafiq protokol tərtib olunub.

Musa Fərəcov özü məhkəmə iclasında iştirak etməyib. Lakin məhkəmə onun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab edib.

Məhkəmənin qərarı ilə o, 3000 manat miqdarında inzibati qaydada cərimələnib./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki