Trabzonspor baş məşqçi postuna alman mütəxəssis Tomas Reisi gətirib.
Referans Media xəbər verir ki, Fatih Tekkenin istefasından sonra komandanı müvəqqəti olaraq Hüseyn Çimşir idarə edirdi. O, Trabzonsporun başında "Gençlerbirliği" və "Konyaspor"la keçirilən oyunlarda komandaya rəhbərlik edib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Trabzonspor Tomas Reislə prinsipial razılıq əldə edib. Alman mütəxəssisin bu gün Trabzona gələrək son detalları həll edəcəyi gözlənilir.
Məlumata əsasən, Tomas Reisin Trabzonsporun baş məşqçisi kimi ilk rəsmi oyunu Galatasaraya qarşı olacaq.
Tomas Reis məşqçilik fəaliyyətinə VfL Bochumda başlayıb. Daha sonra FC Schalke 04, Samsunspor və son olaraq PFC Ludogorets Razgradda çalışıb.
Alman mütəxəssis Samsunsporun baş məşqçisi olduğu dövrdə 72 oyunda komandaya rəhbərlik edib və hər matçda orta hesabla 1,63 xal toplayaraq uğurlu nəticələri ilə diqqət çəkib.
