Dünya şöhrətli müğənni Cennifer Lopez son konsertlərindən birində gözlənilməz geyim qəzası yaşayıb. Səhnədə mahnı oxuyub rəqs edən sənətçinin ətəyi hərəkətli rəqs zamanı qəfil sürüşərək düşüb.
Referans Media xəbər verir ki, cəsarətli səhnə tərzi və enerjili çıxışları ilə tanınan Lopez yaşanan hadisə qarşısında qısa müddətlik çətin vəziyyətdə qalıb. Hadisəni görən rəqqaslardan biri isə dərhal müğənninin köməyinə qaçıb.
Musiqi davam etdiyi bir vaxtda rəqqas Lopezin yanına gələrək yerə düşən geyimi götürüb. O, müğənninin kostyumunu yenidən düzəltməsinə kömək edib.
Lopez geyimini bərpa etdikdən sonra səhnəni tərk etməyib. Peşəkarlığını qoruyan sənətçi yaşanan gözlənilməzliyə baxmayaraq, çıxışını dayandırmadan proqramına davam edib.
Hadisə konsert zamanı çəkilən görüntülərdə də əks olunub və qısa müddətdə diqqət çəkib.
