Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub.
Referans Media xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək.
Məlumata görə, toy mərasimində incəsənət, biznes və media dünyasından təxminən 500 nəfərin iştirakı gözlənilir.
Mustafa Sarıgülün oğlu Emir Sarıgül 2008-ci ildə Fatoş Altınbaşla ailə qurub. Onların evliliyi 2019-cu ildə boşanma ilə başa çatıb. Sibel Can isə üçüncü dəfə ailə qurmağa hazırlaşır.
Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir. Emir Sarıgül Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Murtafa Sarıgülün oğludur.
