Cey Di Vens Azərbaycana bu tarixdə gələcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Referans Media xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.

Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki