Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesabında paylaşım edib.
Referans Media xəbər verir ki, nazir paylaşımında Azərbaycan xalqını təbrik edib, ölkəyə davamlı tərəqqi və firavanlıq arzulayıb.
O qeyd edib ki, müstəqil Azərbaycan zəngin dövlətçilik irsinə söykənərək gələcəyə inamla addımlayır, beynəlxalq arenada mövqeyini gücləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir:
“Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!”
